Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb Hazırda şübhəli Eldəniz Bağırov müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib
Hadisə
4 Oktyabr , 2017 10:47
Rusiyada titullu azərbaycanlı kikboksçunun qətlində şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Rusiyanın Çelyabinsk şəhərində cinayət-axtarış şöbəsinin əməliyyatçıları həmyerlisini - kikboksinq üzrə dünya çempionu Ramil Canıyevi qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı Eldəniz Bağırovu saxlayıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Troitskdə yaşayan E.Bağırov oktyabrın 3-də saxlanılıb. O, hazırda müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.

Xatırladaq ki, kikboksinq üzrə dünya çempionu olan Ramil Canıyev sentyabrın 8-də evinin qarşısında silahdan açılan atəşlə qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi