Yuxarı
    Bağlamaq

    ​Çelyabinskdə Azərbaycandan olan akkumulyator oğruları tutulub

    Onlar maşınlardan altı akkumulyator oğurlayıblar

    Bakı. 16 aprel. REPORT.AZ/ Çelyabinsk vilayətinin Kalinin rayon polisləri tərəfindən avtomobillərdən akkumulyator oğurluğu ilə məşğul olan bir qrup şəxs yaxalanıb.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çelyabinsk Daxili İşlər İdarəsinin mətbuat xidməti məlumat yayıb.

    Saxlanılan şəxslər 1992 və 1994-cü il təvəllüdlü azərbaycanlılar olublar.

    Onlardan biri əmlak cinayətlərinə görə əvvəllər məhkum edilib və Rusiya vətəndaşıdır. İkincisi isə Rusiya ərazisində müvəqqəti yaşayır.

    Cari ilin yanvar-fevral aylarında gənc azərbaycanlılar yerli istehsal olan bir sıra avtomobildən akkumulyator oğurlayıblar. Onlar oğurladıqları malların bir qismini sata biliblər. İki akkumulyator isə polislər tərəfindən götürülərək sahiblərinə qaytarılıb.

    Faktla bağlı cinayət işi qaldırılıb. Həmyerlilərimizi beş ilədək həbs cəzası gözləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi