Cəlilabdda "Mercedes" təmir olunan avtomobilə çırpılıb, usta xəsarət alıb

Cəlilabdda "Mercedes" təmir olunan avtomobilə çırpılıb, usta xəsarət alıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
15 İyul , 2017 09:19
Cəlilabdda Mercedes təmir olunan avtomobilə çırpılıb, usta xəsarət alıb

Bakı. 15 iyul. REPORT.AZ/ Cəlilabadda yol kənarında avtomobili təmir edən usta ağır xəsarət alıb

"Report"un xəbərinə görə, rayon sakini 30 yaşlı Ağayev Zaman avtomobili yolun kənarında avtomobili təmir etmək üçün onun alt hissəsinə daxil olub. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobil üzərində təmir aparılan avtomobilə çırpılıb. Nəticədə usta Z.Ağayev avtomobilin altında qalaraq ağır xəsarətlər alıb. O, təcili yardım vasitəsilə Bakıda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi