Cəlilabad. 24 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çinar kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Zöhrab Musayevə məxusus fərdi yaşayış evi anidən alovlanıb və yanğın bütün evi bürüyüb. Yanğın zamanı evdə azyaşlı uşaq olub. Yanğından xəbər tutan uşağın anası alovun içindən uşağı çıxarıb. Ana xəsarət alsa da uşağın həyatını xilas edib. Hadisə zamanı birmərtəbəli 4 otaqlı ev içindəki əşyalarla birlikdə yanıb.
İlkin ehtimala görə, yanğın evdəki elektrik naqillərindəki qısqapanmadan baş verib.
Faktla bağlı araşdırma aparılır.





