Cəlilabbada evdən oğurluq olub, şübhəlilərdən biri saxlanılıb

Cəlilabbada evdən oğurluq olub, şübhəlilərdən biri saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Aprel , 2017 18:05
Cəlilabbada evdən oğurluq olub, şübhəlilərdən biri saxlanılıb

Cəlilabad. 17 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhməd Cavad küçəsi, ev 4 ünvanında qeydə alınıb. 

Oğrular Nənəxanım Kazımovaya məxsus evin qapısını sındıraraq oradan 10 ədəd xalça, paltaryuyan maşın, qab-qacaq, noutbuk, geyim oğurlayıblar.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - şəhər sakini Toğrul Bayramov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi