Yuxarı

​Cəlilabadın 60-a yaxın kəndi işıqsız qalıb - FOTO

Təmir işləri havaların əlverişsiz olması səbəbindən gecikir

Bakı. 28 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunun 60 kəndinə elektrik enerjisinin verilişi dayandırılıb. "Report" xəbər verir ki, rayonun dağlıq kəndlərində elektrik enerjisinin kəsilməsinə 35 min kilovatlıq elektrikötürücü xəttin sıradan çıxması səbəb olub.

Hazırda rayonun 60 kəndi işıqsızdır. Təmir işləri havaların əlverişsiz olması səbəbindən gecikir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi