Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var Cəlilabad rayonunda iki avtomobil toqquşub.
Hadisə
27 Oktyabr , 2019 20:59
Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

"Report "un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. 

Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi