Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb

Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb Qəza nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
20 Oktyabr , 2017 22:35
Cəlilabadda yük maşını minik avtomobilinə çırpılıb

Cəlilabad. 20 oktyabr. REPORT.AZ/ Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad şəhərinin "İran bazarı" adlanan hissəsindən keçən ərazidə qeydə alınıb.

Qəza zamanı "Kamaz" markalı yük avtomobili "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 1973-cü il təvəllüdlü Cəlilabad sakini Məmişov Elxan Tomar oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü xəstəxanaya çatdırılıb. Ona ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi