Yuxarı

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Cəlilabadda yük maşını mikroavtobusla toqquşub, ölən və yaralananlar var
Qəza Ələt-Astara magistral yolunda baş verib

Cəlilabad. 18 aprel. REPORT.AZ/ Axşam saatlarında Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin ölümü, daha 3-nün isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, kartof daşıyan “Qazel” markalı yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Onlardan biri, 1981-ci il təvvəllüdlü Masallı rayon sakini Qafaraov Mehman Zakir oğlu xəstəxanaya aparılarkən yolda keçinib. Digər 3 yaralı Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralananların şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi