Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb Cəlilabad. 4 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
4 noyabr 2018 16:01
Cəlilabadda yol qəzasında iki nəfər xəsarət alıb

Cəlilabad. 4 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Musalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi