Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var Cəlilabad rayonunda ağır yol qəzası baş verib. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisində keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı "Mercedes" və "VAZ-2109" ma
Hadisə
27 İyun , 2022 10:35
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonun Qarazəncir kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes" və "VAZ-2109" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində rayonun Qarazəncir kənd sakinləri - 1975-ci il təvəllüdlü Həsənova Xalidə Arabxan qızı və 1971-ci il təvəllüdlü Muradov Həzi İsmayıl oğlu müxtəlif ağır bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi