Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəngan kəndində qeydə alınıb.
Avtomobil qəzası nəticəsində rayonun 3 sakini - 1997-ci il təvəllüdlü Abdullayev Şahmar Aqil oğlu, 1986-cı il təvəllüdlü Abdullayeva Ramilə Allahverdi qızı və 1971-ci il təvəllüdlü Məlikova Nisə Ağasaleh qızı müxtəlif xəsarətlər alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.