Cəlilabad. 11 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, qəza zamanı 1966-cı il təvəllüdlü Əsgərov Nəhməd Müzəffər oğlu və 1966-cı il təvəllüdlü Qurbanov Mehman Xankişi oğlu xəsarət alıblar. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.
Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.