Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda yol qəzası olub, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Hadisə
19 mart 2023 05:03
Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Günəşli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili yol kənarında dirəyə çırpılıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Report"un əldə etdiyi məlumata görə, qəza nəticəsində 1992-ci il təvəllüdlü Natiq Məmmədov xəsarət alıb. O, rayon xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi