Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda yol qəzası olub, xəsarət alan var Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Oktyabr , 2020 06:43
Cəlilabadda yol qəzası olub, xəsarət alan var

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xankişiyev Şahmar Vaqif oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində Ş.Xankişiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb. Müayinə zamanı ona alın və sol qamış sümüklərinin sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi