Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı minik avtomobili evakuatorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb. Yaralıya Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.