Cəlilabadda yol qəzası olub 

Cəlilabadda yol qəzası olub  Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
19 Fevral , 2021 21:53
Cəlilabadda yol qəzası olub 

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisində, Diaqnostika və Müalicə Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil "Mercedes" markalı minik avtomobilinə çırpılıb. "Mercedes" sonra zərbənin təsirindən yolun kənarındakı işıq dirəyinə çırpılaraq, onu aşırıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi