Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
11 Yanvar , 2020 20:09
Cəlilabadda yol qəzası olub, 3 nəfər xəsarət alıb

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 3 rayon sakini - 1963-cü il təvəllüdlü Nəsirova Yeganə Bəxtiyar qızı, 1985-ci il təvəllüdlü Şəmmədov Emil Habil oğlu və 1991-ci il təvəllüdlü Quliyev Xəqani Fəxrəddin oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi