Cəlilabadda yol qəzası nəticəsində bir nəfər komaya düşüb - ƏLAVƏ OLUNUB

Cəlilabadda yol qəzası nəticəsində bir nəfər komaya düşüb - ƏLAVƏ OLUNUB Cəlilabad. 10 mart. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.
Hadisə
10 Mart , 2018 09:53
Cəlilabadda yol qəzası nəticəsində bir nəfər komaya düşüb - ƏLAVƏ OLUNUB

Cəlilabad. 10 mart. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası zamanı xəsarət alan şəxsin kimliyi məlum olub.

"Report"un Aran bürosunun məlumatına görə, bu, rayon sakini 1964-cü il təvəllüdlü Səbxan Hüseynəli oğlu Fətəliyevdir. Onun vəziyyəti ağır olduğundan Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə aparılıb.


Cəlilabad. 10 mart. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstə hazırda koma vəziyyətindədir. Onun kimliyi və qəzanın təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi