Cəlilabadda maşın atı vurub, 2 nəfər yaralanıb - YENİLƏNİB

Cəlilabadda maşın atı vurub, 2 nəfər yaralanıb - YENİLƏNİB Sürücü və at sahibi xəstəxanaya yerləşdirilib
Hadisə
7 Aprel , 2017 22:21
Cəlilabadda maşın atı vurub, 2 nəfər yaralanıb - YENİLƏNİB

Cəlilabad. 7 aprel. REPORT.AZ/ Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Maşlıq kənd sakini, 29 yaşlı Əsədulla Məhəmməd oğlu Alışanov idarə etdiyi "90-BK-347" dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən yolun kənarında duran atı vurub. Nəticədə heyvan ölüb. Qəza zamanı atın sahibi, Babək küçəsi, ev 49-da yaşayan 17 yaşlı Murad İlqar oğlu Kərimov və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi