Cəlilabad. 24 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Muğan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində "Mercedes" markalı iki minik avtomobili toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində biri Lənkəran sakini olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.