Cəlilabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTO

Cəlilabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTO Faktla bağlı Baş Dövlər Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır
Hadisə
18 May , 2016 19:16
Cəlilabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb - FOTO

Cəlilabad. 18 may. REPORT.AZ/ Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun 145-ci kilometrliyində, Cəlilabad rayonunun ərazisindən keçən hissədə qeydə alınıb. 

Belə ki, Masallı rayon sakini, 21 yaşlı Nadir Rafiq oğlu Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən sürət həddini aşdığından idarəetməni itirib və yolun kənarındakı ağaclığa girərək maşını aşırıb. Nəticədə sürücü və avtomobildə olan Cəlilabad rayon sakini, 24 yaşlı Lalə Mirverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı Baş Dövlər Yol Polisi İdarəsində (BDYPİ) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi