Cəlilabadda yol qəzası: 4 iribuynuzlu mal-qara tələf olub

Cəlilabadda yol qəzası: 4 iribuynuzlu mal-qara tələf olub Cəlilabad rayonunda yol qəzası baş verib.
Hadisə
13 Noyabr , 2019 17:28
Cəlilabadda yol qəzası: 4 iribuynuzlu mal-qara tələf olub

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndinə gedən yolda qeydə alınıb. 

Hərəkətdə olan "KamAZ" markalı yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 4 iribuynuzlu heyvanı vuraraq tələf edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, mal-qara nəzarətçilərin müşayiəti ilə hərəkət edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi