Cəlilabad. 9 iyul. REPORT.AZ/ Cəlilabad rayonunda 15 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Səfərov Fərid evlərinin çardağında iş görərkən dəmir borulardan biri onun üzərinə aşıb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.