Cəlilabadda baş verən yanğın söndürülüb

Cəlilabadda baş verən yanğın söndürülüb Cəlilabad rayonunda güclü yanğın başlayıb.
Hadisə
8 Avqust , 2020 16:38
Cəlilabadda baş verən yanğın söndürülüb

Yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonun Uzuntəpə kəndindən keçən hissəsininin yaxınlığında baş verən yanğın söndürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, yanğının 7 hektar ərazini əhatə etdiyi bildirilir.

11:52

Cəlilabad rayonunda güclü yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndindən keçən hissəsininin yaxınlığında qeydə alınıb.

Mahmudçala adlanan ərazidə başlanan yanğının söndürülməsi üçün sakinlər tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon yanğından mühafizə hissəsinə məlumat verilib.

İlkin məlumata görə, yanğın quru ot və qamışlıq ərazidən başlayıb.

Son xəbərlər

Orphus sistemi