Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb

Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb Cəlilabad rayonunda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.
Hadisə
20 Oktyabr , 2019 17:00
Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb

Cəlilabad rayonunda velosipeddən yıxılan şəxs xəstəxanada vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, R.Alışanov cərahi əməliyyat olunsada, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, R.Alışanov ingilis dili müəllimi işləyib.

Faktla bağlı araşdırma aparılır. ***10:03

Cəlilabad rayonunda orta məktəb müəllimi velosipeddən yıxılaraq xəsarət alıb.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini,1988-ci il təvəllüdlü Alışanov Rəşid Vəliməmməd oğlu velosipeddən yıxılıb. O ağır bədən xəsarətləri ilə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi