Bakı. 23 dekabr. REPORT.AZ/ Dekabrın 22-də saat 15:15-də naməlum şəxs mobil telefonla FHN-nin “112” Xidmətinə zəng edib “Cəlilabad rayonunun Qarazəncir kəndində bomba partlayacaq” deyərək əlaqəni kəsib.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.
Məlumat DİN-in “102” Zəng Mərkəzi Xidmətinə ötürülüb.
Dərhal birgə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, məlumat təsdiqini tapmayıb.
Araşdırmalar zamanı zəngin Cəlilabad rayonunun Sabirabad kənd sakini, 10 yaşlı ruhi xəstə tərəfindən edilməsi müəyyən edilib.
Qeyd edək ki, Cəlilabadın Sabirabad və Qarazəncir kəndləri qonşudur.