Cəlilabadda uşaq atasının maşını altında qalaraq ölüb - YENİLƏNİB

Cəlilabadda uşaq atasının maşını altında qalaraq ölüb - YENİLƏNİB Cəlilabad rayonunda 11 yaşlı yeniyetmənin avtomobilin altında qalaraq ölməsinin təfərrüatı məlum olub.
Hadisə
11 İyun , 2019 22:05
Cəlilabadda uşaq atasının maşını altında qalaraq ölüb - YENİLƏNİB

Cəlilabad rayonunda 11 yaşlı yeniyetmənin avtomobilin altında qalaraq ölməsinin təfərrüatı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Sabirabad kənd sakini Nicat Əliyev həyətin qarşısında saxladığı “Qazel” markalı avtomobili hərəkətə gətirərkən, 11 yaşlı oğlu Samir Əliyevi görməyib. Nəticədə azyaşlı oğlu maşının altında qalaraq hadisə yerində dünyasını dəyişib.


*** 21:1

Cəlilabad rayonunda azyaşlı uşaq maşın altında qalaraq dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Sabirabad kəndində baş verib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi