Cəlilabadda təkəri partlayan avtomobil aşıb, xəsarət alan var

Cəlilabadda təkəri partlayan avtomobil aşıb, xəsarət alan var Cəlilabad. 9 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
9 Oktyabr , 2018 09:05
Cəlilabadda təkəri partlayan avtomobil aşıb, xəsarət alan var
Report
0 : 00
0 : 00

Cəlilabad. 9 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin təkəri partlayıb və avtomobil aşıb. Qəza nəticəsində avtomobilin sərnişini - Masallı rayon sakini 1970-ci il təvəllüdlü Rufullayev Qürbət Əlixan oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi