Cəlilabadda "təcili yardım" maşınının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Cəlilabadda "təcili yardım" maşınının vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB Cəlilabad. 23 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda təcili yardım maşıının vurduğu piyada xəstəxanada ölüb.
Hadisə
23 Sentyabr , 2018 18:23
Cəlilabadda təcili yardım maşınının vurduğu piyada xəstəxanada ölüb  - YENİLƏNİB

Cəlilabad. 23 sentyabr. REPORT.AZ/ Cəlilabad rayonunda "təcili yardım" maşıının vurduğu piyada xəstəxanada ölüb. 

"Report"un yerli bürosu xəbər verir ki, dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində baş verən hadisə zamanı ağır bədən xəsarətləri alan A.Nuriyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq A.Nuriyeva orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.


***22:56

Cəlilabad. 22 sentyabr. REPORT.AZ/  Cəlilabad rayonunda xəstə aparan "təcili yardım" maşını qadın piyadanı vurub.

"Report"un aran bürosu xəbər verir ki,  hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil rayonun Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub.

Yaralı Hadisə yerinə gələn digər "təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb. 

Məlumata görə, "təcili yardım" avtomobili xəstə aparırmış.

Son xəbərlər

Orphus sistemi