Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda sürücü sükan arxasında ölüb.
"Report"un aran bürosu xəbər verir ki, rayon sakini Mustafayev Hakim Böyükağa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən olan zaman qəfildən ölüb və avtomobil maneəyə çırpılıb.
Meyit müatyinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyini Cəlilabad rayon şöbəsinə yerləşdirilib. Ekspertizanın rəyinə görə, H.Mustafayev ürəktutmadan ölüb.
***9:01
Cəlilabad. 26 fevral. REPORT.AZ/ Cəlilabad rayonunda avtomobil maneəyə çırpılıb, sürücü ölüb.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Faktla bağlı araşdırmalara başlanılıb.