Yuxarı
    Bağlamaq

    Cəlilabadda su bəndi dağılıb, Ələt-Astara magistral yolu bağlanıb

    Əraziyə texnika və canlı qüvvə cəlb edilib

    Cəlilabad. 27 oktyabr. REPORT.AZ/ Cəlilabad rayonunda su bəndi dağılıb.

    “Report”un Aran bürosu xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

    Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd dağılıb.

    Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndinə də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi