Cəlilabadda silsilə oğurluq edən dəstə üzvləri saxlanılıb

Cəlilabadda silsilə oğurluq edən dəstə üzvləri saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
25 Yanvar , 2018 17:24
Cəlilabadda silsilə oğurluq edən dəstə üzvləri saxlanılıb
Report

Cəlilabad. 25 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunda müxtəlif mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb. 

“Report”un Aran bürosunun məlumatına görə, Cəlilabad rayon sakini İlqar Muradov polis şöbəsinə müraciət edərək ona məxsus dükandan telefonlar, eləcə də müxtəlif növ məişət əşyaları oğurlandığını bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayonun Günəşli kənd sakinləri - İsmayıl Quluyev, Murad Əhmədov və Raul Quluyev sözügedən dükandan növbəti dəfə oğurluq edərkən iş başında yaxalanıblar. Məlum olub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda 30 yaxın vətəndaşa məxsus dükandan oğruluq edərək cinayət əməlləri törədiblər. Saxlanılan şəxslər polisə verdikləri ilkin ifadədə törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi