Cəlilabad. 7 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda silahlı insident olub.
"Report"un Aran bürosunun əldə etdiyi məlumata görə, iki rayon sakini arasında yaranan mübahisə tərəflərin bir-birinə odlu silahdan atəş açması ilə nəticələnib.
İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, “Lexus” markalı minik avtomobilinə və tərəflərin birinə məxsus evə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.