Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib

Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanıb.
Hadisə
233
17 İyun , 2021 15:31
Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib

Cəlilabadda atmosferi çirkləndirən nəqliyyat vasitələri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonda nəqliyyatın sıx olduğu yerlərdə nəzarət-profilaktiki tədbirlər təşkil olunub.

Əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınıb. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və diqqətə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi