Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib

Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib İnzibati protokollar tərtib olunub
Hadisə
14 Aprel , 2021 16:36
Cəlilabadda reyd keçirilib, sürücülər cərimələnib
0 : 00
0 : 00

Cəlilabad rayonunda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Qaydaları kobud şəkildə pozan avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi