Cəlilabadda qoyun oğurluğuna cəhd göstərilib

Cəlilabadda qoyun oğurluğuna cəhd göstərilib Cəlilabad. 8 may. REPORT.AZ/ Cəlilabad rayonunda xırdabuynuzlu heyvanları oğurlamağa cəhd göstərilib.
Hadisə
8 May , 2018 19:38
Cəlilabadda qoyun oğurluğuna cəhd göstərilib

Cəlilabad. 8 may. REPORT.AZ/ Cəlilabad rayonunda xırdabuynuzlu heyvanları oğurlamağa cəhd göstərilib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

Belə ki, bir neçə gün bundan əvvəl kənd sakini Vüqar Həsənova məxsus tövlənin arxasını dəmir alətlərlə dağıdan naməlum şəxs və ya şəxslər orada olan 9 baş qoyunu oğurlamağa çalışıblar. Lakin təsərrüfat sahibinin xəbər tutmasından sonra oğrular hadisə yerindən uzaqlaşa biliblər.

V.Həsənovun sözlərinə görə, ötən gün axşam saatlarında da analoji hadisə təkrarlanıb. Ev sahibi və qonşuların gəldiyini görən naməlum şəxs və ya şəxslər yenə də aradan çıxıblar.

Bu barədə polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi