Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb Binada dağıntı baş verib
Hadisə
23 İyul , 2017 00:07
Cəlilabadda qəza törədən maşın yanacaqdoldurma məntəqəsinə çırpılıb

Cəlilabad. 23 iyul. REPORT.AZ/Ələt-Astara yolunda nəqliyyat qəzası verib.

"Report" xəbər verir ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində yaşanıb.

"Mercedes" markalı iki avtomobil toqquşub. Həmin avtomobillərdən biri yanacaqdoldurma məntəqəsinin binasına çırpıb. Binada dağıntı baş verib.

Hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Onlar 30 yaşlı İbrahim Həsənov və 28 yaşlı Ənvər Əkbərovdur. 

Son xəbərlər

Orphus sistemi