Yuxarı
    Bağlamaq

    Cəlilabadda qəbiristanlığın hasarı sökülərək oğurlanıb - FOTO

    Oğurluq edənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir

    Cəlilabad.12 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlıqda qeydə alınıb. Axşam saatlarında naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarının 50 metrlik hissəsini sökərək oğurlayıblar. Ətrafda yaşayan sakinlər isə bundan səhər saatlarında xəbər tutublar.

    Küçədə yaşayan sakinlər deyiblər ki, bu ilk belə hadisə deyil. Bir müddət əvvəl də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları da naməlum şəxslər tərəfindən avtomobilə yüklənərək oğurlanıb.

    Faktla bağlı polisə məlumat verilib.

    Oğurluq edənlərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi