Yuxarı

Cəlilabadda qadını gürzə sancıb, vəziyyəti ağırdır - FOTO

O, müalicə olunmaq üçün Bakıya göndərilib

Cəlilabad. 29 avqust. REPORT. AZ/ Cəlilabad rayonunda gənc qadını ilan sancıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Musalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Esmira Tarverdiyeva həyətdə paltar sərərkən ilan onun ayaq nahiyəsindən sancıb. E.Tarverdiyevanın qışqırıq səsinə gələn yaxınları ilanı zərərsizləşdirə biliblər.
Məlum olub ki, qadını sancan ilan gürzədir. E.Tarverdiyeva atası tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Lakin onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardımla paytaxta göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi