Cəlilabad. 21 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunun Badamağacı kəndində döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, 1966-ci il təvəllüdlü kənd sakini Fətullayeva Pərvanə Ədalət qızı qaynı tərəfindən döyülüb.
Zərərçəkmiş baş nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Gəncədə toy mərasimində döyülmə hadisəsi baş verib.