Cəlilabadda qadın qayınanası tərəfindən döyülüb

Cəlilabadda qadın qayınanası tərəfindən döyülüb O, həyat yoldaşının da hadisədə iştirak etdiyini deyib
Hadisə
15 İyun , 2018 01:06
Cəlilabadda qadın qayınanası tərəfindən döyülüb

Cəlilabad. 15 iyun. REPORT.AZ/ Cəlilabad şəhərində qadın qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.

"Report"un Aran bürosunun məlumatına görə, 1996-cı il təvəllüdlü Hacıbabayeva Farimə Azad qızı müxtəlif xəsarətlərlə xəstəxanaya gətirilib.

Ona ilkin tibbi yardım göstərilib.

Qadının dediyinə görə, onu qayınanası və həyat yoldaşı döyüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi