Cəlilabadda pornoqrafik videolar satan şəxslər saxlanılıb - FOTO

Cəlilabadda pornoqrafik videolar satan şəxslər saxlanılıb - FOTO Saxlanılanlar törətdikləri əməli etiraf ediblər
Hadisə
16 iyun 2017 03:27
Cəlilabadda pornoqrafik videolar satan şəxslər saxlanılıb - FOTO
Foto: "Report"

Cəlilabad. 16 iyun. REPORT.AZ/ Cəlilabad rayonunda pornoqrafik videoçarxların satışı ilə məşğul olan şəxslər saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında keçirlən əməliyyat zamanı şəhərin Təbriz küçəsində yerləşən internet klubun işçiləri - Cavid Ağakərim oğlu Nəzərov və Hamil Rasim oğlu Xəlilov şübhəli şəxs qismində saxlanılıblar.

Məlum olub ki, onlar çalışdıqları yerdə internet vasitəsilə əldə etdikləri pornoqrafik videogörüntüləri yaddaş kartına köçürərək müxtəlif yaş həddindən olan azyaşlılara və gənclərə satıblar. Hər iki şəxs bu yollla əldə etdikləri pulları öz aralarında bölüb.

Saxlanılanlar törətdikləri əməli etiraf ediblər.

Son xəbərlər

Orphus sistemi