Cəlilabadda özünü 4-cü mərtəbədən atan kişi sağ qalıb

Cəlilabadda özünü 4-cü mərtəbədən atan kişi sağ qalıb Cəlilabad. 23 mart. REPORT.AZ/ Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib.
Hadisə
23 Mart , 2018 10:19
Cəlilabadda özünü 4-cü mərtəbədən atan kişi sağ qalıb

Cəlilabad. 23 mart. REPORT.AZ/ Cəlilabad rayonunda intihara cəhd hadisəsi baş verib. 

"Report"un Aran bürosu xəbər verir ki, hadisə şəhərin Mirzəli Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan, 1986-cı il təvəllüdlü Famil Mirəddin oğlu Bəhrəmov yaşadığı 4 mərtəbəli binadan özünü ataraq intihara cəhd edib. Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.

İlkin məlumata görə, o, psixi xəstəlikdən əziyyət çəkir. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi