Cəlilabadda ölən piyadanın və onu vuran sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB

Cəlilabadda ölən piyadanın və onu vuran sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB Vuran və vurulanın hər ikisi həmkəndlidir
Hadisə
15 Noyabr , 2017 21:51
Cəlilabadda ölən piyadanın və onu vuran sürücünün şəxsiyyəti məlum olub - YENİLƏNİB
Report

Cəlilabad. 15 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Cəlilabadda avtomobillə vurularaq ölən piyadanın və onu vuran sürücünün şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Günəşli kənd sakini Habil Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Alardan Günəşli kəndinə doğru hərəkətdə olarkən yolda gedən piyadanı vuraraq öldürüb.

Məlum olub ki, bu sürücünün həmkəndlisi Həsənxan İsmayılovdur.

Faktla bağlı araşdırma aparılır.


***20:30

Cəlilabad. 15 noyabr. REPORT.AZ/ Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb.

Hazırda ölənin şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi