Cəlilabadda oğurluqla məşğul olan dəstə bir gecədə 3 evə girib

Cəlilabadda oğurluqla məşğul olan dəstə bir gecədə 3 evə girib Cəlilabad rayonunda oğurluqla məşğul olan dəstə ötən gecə 3 evə girib.
Hadisə
31 Yanvar , 2020 10:11
Cəlilabadda oğurluqla məşğul olan dəstə bir gecədə 3 evə girib

Cəlilabad rayonunda oğurluqla məşğul olan dəstə ötən gecə 3 evə girib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, naməlum şəxslər kənd sakinləri -  Azad Dadaşova məxsus evdən 1004 manat nağd pul, Tahirə Bağırovaya məxsus evdən 1000 manat və 700 manatlıq zinət əşyaları oğurlayıblar. 

Daha sonra oğurluqla məşğul olan naməlum şəxslər kənd sakini Bayram Qənbərova məxsus evə giriblər. Lakin ev sahibinin gecə qəfildən həyətə düşməsi onların planını pozub. Ev sahibinin oyandığını görən oğrular qaçaraq oradan uzaqlaşıblar.  

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi