Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib 22 yaşlı oğlan yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb
Hadisə
30 Mart , 2018 20:39
Cəlilabadda nişanlı oğlan toyqabağı intihar edib

Cəlilabad. 30 mart. REPORT.AZ/ Cəlilabadda intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində (keçmiş Novoqolovka kəndində) qeydə alınıb.

Həmin yaşayış massivinin 22 yaşlı Münasib Hakim oğlu Nəhmədov yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asıb.

Hadisə yerinə təcili yardım stansiyasının, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Bildirilir ki, M.Nəhmədov nişanlı olub və bu yaxınlarda toy etməyi planlaşdırırmış.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi