Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Hadisə
9 Mart , 2021 15:54
Cəlilabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu

Cəlilabad rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsi və Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Opel” makalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər.

Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan rayonun Musalı kənd sakini Nasim Allahverdiyevin maşını sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyən olunub. Polisin qanuni tələblərinə tabe olmayan sürücü və sərnişin, həmin avtomobilin sahibi, rayonun Ləkin kənd sakini Nemət İmanov tibbi müayinəyə dəvət ediliblər. Müayinə nəticəsində hər iki şəxsin narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

N.Allahverdiyev və N.İmanov barəsində Cəlilabad RPŞ-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Orphus sistemi