Yuxarı

Cəlilabadda narkotik vasitə aşkar edilib

Cəlilabadda narkotik vasitə aşkar edilib
© Report

Cəlilabad. 12 noyabr. REPORT.AZ/ Cəlilabadda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, Məlikqasımlı kənd sakini Cəlilabad Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək ona məxsus pay torpağında içərisində narkotik maddələr olmasını güman etdiyi bağlamaların olduğunu bildirib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və 4 kiloqram 960 qram çəkidə narkotik vasitə olan heroin, 895 qram tiryək, 198 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi