Cəlilabadda narkotik satışı ilə məşğul olan 2 nəfər həbs edildi

Cəlilabadda narkotik satışı ilə məşğul olan 2 nəfər həbs edildi Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.
Hadisə
25 Fevral , 2020 16:51
Cəlilabadda narkotik satışı ilə məşğul olan 2 nəfər həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un Muğan bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik maddələrin satışı ilə məşğul olan daha 2 nəfər tutulub. 

Əməliyyat zamanı paytaxt sakini Səbuhi Gülməmmədov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Salahov Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıblar. 

S.Gülmməmədovun əlindəki və idarə etdiyi avtomobildəki bağlamalara baxış zamanı ümumi çəkisi 2 kiloqram 150 qram olan narkotik vasitə - tiryək və 555 qram narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin onlara məxsus olduğunu və satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi